backend

Manifest-in yeni mahnısı “Amatör” YouTube-u silkələdi

2025-ci ildə çıxan “Manifestival” albomu ilə böyük liqalara qədəm qoyan Manifest, yeni “Amatör” mahnısı ilə ili yola salır. “Amatör” yüksək enerjisi və rəngarəng ralli trek vizualları ilə diqqət çəkir.

Referans Media xəbər verir ki, Türkiyənin yeni pop musiqi dalğasının qabaqcıllarından biri olan Manifest qrupu, 5 dekabrda elektron teksturaları və rəqs-pop ritmlərini qarışdıran yeni sinqlı olan “Amatör”u təqdim etdi. 2025-ci ildəki böyük sıçrayışı ilə geniş tamaşaçı kütləsi qazanan qrup “Amatör” ilə vokal harmoniyasını və müasir səs yanaşmasını ön plana çıxarır. “Amatör” mahnısının sözləri Aleyna Qorxmaz və Ateş Atilla, musiqisi də Aleyna Qorxmaza aiddir. Mahnının prodüseri Elber Tutkuşdur.

Mahnı ilə eyni vaxtda yayımlanan klip, kartinq trekinin sürəti və rəqabət konsepti ilə tamaşaçıların görüşünə gəlir. Klipdə Esin, Hilal, Lidya, Mina, Sueda və Zeynəbin solo səhnələri trekin müxtəlif yerlərində çəkilmiş dinamik görüntülərlə birləşdirilib. Bu ab-havada yerləşdirilmiş xoreoqrafiya bölmələri mahnının ritmini mükəmməl şəkildə müşayiət edən güclü ifa təqdim edir.

Ecem Gündoğdunun rejissorluğu ilə çəkilən video, rəng palitrası, işıq partlayışları və sürətli montajı ilə “Amatör”ün özünəinamlı stilini cəlbedici, sürətli vizual təcrübəyə çevirir.

“Amatör” bütün rəqəmsal platformalarda və YouTube-da Hypers Music etiketi ilə satışa çıxarılıb!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki