Maşın bazarından yayılan görüntü narahatlıq yaratdı: nə baş verir? backend

Maşın bazarından yayılan görüntü narahatlıq yaratdı: nə baş verir? 

  Azərbaycanda avtomobil bazarının çökmək üzrə olduğu iddia edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılır. Yayılan videoda maşın bazarında ciddi durğunluq müşahidə edilir. Bildirilir ki, həm alıcı, həm də satıcılarda maraq azalıb və ticarət əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Hətta bəziləri hesab edir ki, avtomobil bazarı artıq son aylarını yaşayır.

Maşın bazarında yaşanan durğunluq nə dərəcədə realdır? Bu, mövsümi bir prosesdir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, maşın bazarının çökəcəyi ilə bağlı söylənənlər həqiqəti əks etdirmir:

“Hazırda yalnız mövsümi amillərlə bağlı bazarda fəallıq azalıb. Avtomobili onlayn almaq çətindir. Alıcı mütləq onu əyani formada görməli və test etməlidir. Düzdür, onlayn platformalarda maşın satışına olan tələbat da artıb, amma alıcılar hələ də maşını görmədən almağa tərəddüd edirlər.

Avtomobilin fiziki vəziyyətini, ümumi rahatlıqla bağlı prosesləri yoxlamaq üçün ən ideal variant da budur. Hazırkı durğunluq payız aylarında sonlanacaq və avtomobil bazarında yenidən canlanma olacaq”.

Maşın bazarı çöküb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki