Ramiz Mehdiyev Əli Kərimli ilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov vasitəsilə əlaqə qurub.
Referans xəbər verir ki, bu barədə Teleqraf İnformasiya Agentliyinin Ramiz Mehdiyevin “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələri haqda yazısında bildirilib.
Əli Həsənov
“Məlumata görə, Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla “hakimiyyətə real təhdid olduğunu” və “onlar tərəfindən bu təhdidin qarşısının alındığı” görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə “ana müxalifət” obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş”, – yazıda qeyd edilib.























