Məşhur şoumen Mehmet Ali Erbil ilə ondan 42 yaş kiçik olan Gülseren Ceylan arasında 7 aylıq evlilik sona çatıb.
Referans Media xəbər verir ki, boşanma protokolunun detalları açıqlanıb. Beykoz 1-ci Ailə Məhkəməsində baş tutan boşanma tək sessiyada nəticələnib.
Mehmet Ali Erbilin evlilik müddətində Gülseren Ceylana hədiyyə etdiyi avtomobil və toyda verilən ziynet əşyaları Ceylanda qalıb. Hər iki tərəf bir-birindən heç bir maddi tələb iddia etməyib.
Gülseren Ceylan Erbil ilə yaşadığı evdən ayrılıb. Boşanma sözleşməsində yer alan “mətbuata danışmaq olmaz” maddəsi diqqət çəkib. Əgər tərəflər bu maddəyə əməl etməsələr, hüquqi məsuliyyət tətbiq olunacaq.
Cütlük keçən il avqust ayında toy etmişdi. Evlilik müddətində tez-tez ayrılıb-barışmaları mediada gündəm yaratmışdı. TikTok üzərindən canlı yayımda evliliklərinə yenidən şans verdiklərini açıqlamışdılar, lakin bu qərar davamlı olmadı.
