Naxçıvanda təhsil sistemi tamamı ilə çöküb.backend

Naxçıvanda təhsil sistemi tamamı ilə çöküb.

  Naxçıvan Muxtar Respublikası on illərlə Azərbaycan təhsil sisteminin zirvəsində olub..
Lakin son illərdə bu zirvəni başqa yollarla fəth etməyə çalışsalar da görünən odur ki, daha sistemə qış gəlib, bir daha o günəşli günləri görmək xeyli zaman alacaq.
Bu çöküşün səbəbi nədir ?
1.Naxçıvan Muxtar Respublikasının təhsil sisteminə en böyük zərbə kadr islahatlarıdır.
Nazirliyin daxilindəki vəzifə bölgüsü həqiqətən kimiləri üçün gülməli, kimiləri üçün ağlanmalı vəziyyətdədir..
Məsələn: Şikar Hüseynov adlı şəxs hansı bacarığına və qabliyyətinə görə iki ildir Təhsil Nazirliyinin Aparatı rəhbəri vəzifəsini icra edir ?
İnsanları təhqir edən, nazirliyin qadın işçilərinə qul kimi davranan, işinizin adı nədir, siz elə mənim otağımı silin-təmizləyin əmrini verən Şikar Hüseynovu kim hansı məqsədlə vəzifəyə təyin edib ?
Köhnə nazir Rəhman Məmmədov tərəfindən rüşvət və qeyri-etik davranışlara görə ümumiyyətlə təhsil sistemindən silinən Elşən Qəbulov bu gün nazirlikdə məktəblər və liseylərlə iş şöbəsinin müdiri vəzifəsini icra edir..
Naxçıvanda Təhsil Nazirliyinin məktəblərlə tamam əlaqəsi kəsilmiş vəziyyətdədir..
Çünki bu dırnaqarası kadrların otaqda oturub bəzi məktəb direktorları ilə yazışmaqdan, işə və məktəblərə ayıracaq vaxtı yoxdur..

2.Ailə məktəbləri.
Ailə məktəbi nə deməkdir ? izah edək, Naxçıvan Muxtar Respublikasının bir çox məktəbində vəzifə bölgüsü ailə üzvləri arasında bölünüb.
Məsələn: Arvadı direktor ər dərs müdiri, ər direktor arvadı müavin və.s
Bu qayda tamamı ilə qanunlara ziddir.
Məktəbdə vəzifə daşıyan müəllimin adına 12 saat dərs yükündən artıq dərs rəsmləşə bilmədiyindən, ailə üzvləri 30-40 saat dərsə girir və həmin dərs saatları başqalarının adına rəsmləşir, ay sonunda kimin adına rəsmləşibsə o müəllimdən pulu qəpiyinə kimi alınır..

3.Xətir və hörmətə təyin edilən məktəb direktorları.
Bu məsələ tam gülməli vəziyyətdədir.
İmtahan adı altında müəllimləri çağırırlar, əlbəttə imtahandan söz gedə bilməz, əvvəlcədən söz verilmiş və ya söz kəsilmiş müəllimlər imtahanda iştirak edir və vəzifəyə təyin edilir.

4.Dərs bölgüsü məktəblərdə biyabırçı vəziyyətdədir, musiqi, təsviri incəsənət, texnologiya kimi ixtisasların vakant yeri məktəb direktorları və şöbə müdirləri tərəfindən açıq-aşkar gizlədilir, bu fənnlərin tədrisi demək olar ki, Naxçıvanda sıfır səviyyəsindədir..

5.Müəllimlərin təhqir olunması adi vəziyyətə çevirilib, müəllimlər artıq uşaqların önündə məktəb rəhbərləri tərəfindən açıq-aşkar təhqir edilir.

6.Ən vacib və əsaslı məsələlərdən biri 1-ci sinifə eyni ildə qəbul edilən şagird sayı ilə 11-ci sinifi bitirən həmin il məzun sayının 60%-ə yaxın azalmasıdır..
Məsələn 2013-cü ildə məktəbə qəbul edilmiş şagird sayı 1000 nəfərdirsə, 2024-cü ildə məktəbi bitirənlərin sayı 400 nəfərdir..
Bunun səbəbi qəbulu saxtalaşdırmaq addımlarıdır, şagirdlər 9-cu sinifi bitirdikdə müxtəlif yollarla təhsildən uzaqlaşdırılır və nəticə qəbul faizi yüksək görsənir..

7.Naxçıvan Muxtar Respublikasının 70% çox məktəblərində 7-ci saat dərslər tədris edilmir..
Nazirliyin məktəblərə nəzarəti olsa cədvəllər yoxlanılar və o zaman üzə çıxar ki, həmin 7-ci saat dərslər kimlərin adına rəsmləşdirilmiş dərslərdir..
Ya direktor və müavinlərinin adına rəsmləmiş, ya da oğurlanmış dərslərdir.

Naxçıvanın təhsil sistemi çürümüş vəziyyətdədir, səlahiyətli şəxslər dərhal müdaxilə etməlidir..
Bir nəslin gələcəyi məhv olur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki