İstilik enerjisindən istifadə qaydaları təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib. Yeni qaydalara əsasən, satıcı və istehlakçı arasında istilik və isti suyun verilməsinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş müvafiq sayğac quraşdırılmalıdır.
Yeni qaydanın təsdiqindən sonra vətəndaşları düşündürən bir sıra məsələlər var. Onlardan biri də istilik enerjisinin qiymətləri ilə bağlıdır.
Yeni sayğacların quraşdırılması qiymət artımına gətirib çıxaracaqmı?
Referans Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Bella Bəşirova “Cebheinfo.az”-a bildirib ki, son dövürlər kommunal ödənişlərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər əhali tərəfindən birmənalı qarşılanmır:
“Ancaq bu dəyisiklik, yaşayış binalarında istilik sayğacı ilə bağlı qanunvericilik, faktiki istehlaka əsaslanacaq. Bu o deməkdir ki, vətəndas artıq istifadə etmədiyi istilik üçün odəniş etməyəcək. Əvvəllər mənzilin sahəsinə (kv.m) görə ödəniş edirdilər.
Ancaq bu reallığa uyğun deyildi. İndi isə vətəndaşlara mühum ustünlüklər veriləcək. Belə ki, dəyişikliklər zamanı mülkiyyətçi həm istifadəyə nəzarət edə biləcək, özü sistemi tənzimləyə biləcək, yaxud qənaət modulunu seçə biləcək, büdcələrini, xərclərini daha dəqiq planlaşdıra biləcək.
Bu yanaşma ilə əhali əsas dəyişikliyin qiymətdə yox, sərfiyyatda və hesablanma mexanizmində olduğunu görəcək. Eyni zamanda, nəticə olaraq bu sayğacların quraşdırılması vətəndaşlar üçün həm məsuliyyət, həm də balanslı və ədalətli xidmət modelinin formalaşmasınai gətirib çıxaracaq”.
