Prezidentə məlumat verildi: 20 ev bərpa ediləcək

Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

Referans Media xəbər verir ki, bu barədə mayın 28-də kəndi ziyarət edib, sakinlərlə görüşən Prezident İlham Əliyevə məlumat verilib.

Qeyd edilib ki, kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Bildirilib ki, ilkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki