Banqladeş Xalq Respublikasının PrezidentiMəhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Referans Media xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mətanətinin və milli ruhunun qürurverici sübutudur. İllər ərzində Azərbaycan Sizin bacarıqlı rəhbərliyinizlə sosial-iqtisadi tərəqqiyə nail olmaq və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmək istiqamətində mühüm nailiyyətlər qazanıb.
Banqladeş Azərbaycanla qarşılıqlı hörmətə və sülh, sabitlik, rifahla bağlı ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək və genişlənəcək.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Referans Media xəbər verir ki, İƏT Baş katibinin təbrik məktubunda deyilir:
“Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. Təşkilatımız üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və bu dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.
Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Referans Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi dövlət bayramı – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdəki fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Fürsətdən istifadə edərək Rusiyanın və Azərbaycanın xüsusi xidmətlərinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinin və sabit inkişafının bundan sonra da etibarlı qarantı olacaq əməkdaşlığının inkişafına göstərdiyiniz diqqətə və davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”.
X X X
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Referans Media xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qarşılıqlı mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə səmimi olaraq əminliyimi bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
