"Qalatasaray"da şok qərar: 7 futbolçu ilə yollar ayrılır

"Qalatasaray" klubunda mövsümün sonunda genişmiqyaslı kadro dəyişikliklərinin aparılması gözlənilir. Komandanın baş məşqçisi Okan Buruk və klub rəhbərliyinin qərarına əsasən, 7 futbolçu ilə yolların ayrılması planlaşdırılır.

Referans Media xəbər verir ki, yeni mövsüm üçün daha dinamik və rəqabətə davamlı heyət formalaşdırmaq istəyən klub rəhbərliyi bir sıra futbolçuların performansını qənaətbəxş hesab etməyib.

Ayrılacaq futbolçular arasında Mauro İkardi, Kaan Ayhan, Ahmed Kutucu, Günay Güvənç, Nicolo Zaniolo, Viktor Nelsson və Yaser Asprilla yer alır.

Məlumata görə, Mauro İkardinin müqavilə müddəti mövsümün sonunda başa çatır və onun yeni planlamada yer almayacağı bildirilir.

Digər futbolçuların isə ya performans, ya da icarə statusu səbəbilə komandadan ayrılması gündəmdədir. Klubun bu qərarı ilə bağlı rəsmi açıqlamanın mövsümün sonunda verilməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki