“Qarabağ”ın prezidenti sığınacaqdakı azarkeşlə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Referans Media xəbər verie ki, bu barədə Ağdam klubunun rəsmi saytında məlumat verilib.

“Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. Sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formamızı təqdim edib.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki