Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.

Referans Media-nın xəbərinə görə, APA-nın Türkiyə bürosu xəbər verir ki, cənazə xəstəxanadan çıxarılıb, məscidə aparılıb lazımı prosedur qaydalar icra edildikdən sonra təyyarə ilə Bakıya yola salınacaq.

Mərhumun cənazəsinin bu gün gecə saatlarına yaxın Bakıya çatdırılması gözlənilir.

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

Referans Media bildirir ki, bu barədə APA-nın Türkiyə bürosuna Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.

Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki