Sabah Ermənistana alüminium və taxıl göndəriləcək

Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə Referans Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki