Bu, bir mənada gənclər və idman naziri Fərid Qayıbovun “əlini puldan çək” xəbərdarlığıdır. Səlahiyyətin alınması isə nazirlik daxilindəki idarəetməyə, xüsusilə də federasiya-nazirlik münasibətlərinə ciddi təsir göstərəcək.
Xatırladaq ki, bu ilin əvvəlində Fərid Qayıbovun müavini Mariana Vasileva vəzifəsindən azad edilmişdi. Səbəb onun idmançılara qarşı fiziki zorakılıqda ittiham olunması idi. Maraqlıdır ki, Vasileva işdən çıxarıldığı gün nazir Qayıbovun onunla selfi paylaşması cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. Bu, həm də ictimai rəydə nazirlə bağlı neqativ assosiasiyalar yaratdı. Məhz bundan sonra Fərid Qayıbovun yaxın müddətdə vəzifədən kənarlaşdırılacağı iddiaları gündəmə gəldi.
Maliyyə məsələsindən sonra da “sarı kart” almış nazirlər siyahısında yer alan Fərid Qayıbovun yaxın vaxtlarda postunu tərk edə biləcəyi ilə bağlı iddialar dolaşır. Bu dəyişikliklər, görünür ki, təkcə struktur yox, həm də kadr səviyyəsində ciddi yenilənmələrə yol açacaq./globalinfo.az























