Çinin Şanxay şəhəri 2026-cı il Sinxua-Baltik Beynəlxalq Dəniz Nəqliyyatı Mərkəzinin İnkişaf İndeksində Londonu keçərək Sinqapurdan sonra ikinci yerə yüksəlib. Şanxay Limanı 2025-ci ildə 55,06 milyon TEU konteyner daşıma həcmi ilə rekord qırıb.
Referans MEDİA xəbər verir ki, Çinin şərqində yerləşən Şanxay dünyanın aparıcı beynəlxalq dəniz qovşaqları arasında ikinci yeri tutub.
Cümə günü açıqlanan 2026-cı il Sinxua-Baltik Beynəlxalq Dəniz Nəqliyyatı Mərkəzinin İnkişaf İndeksi məlumatlarına görə, Şanxay Londonu keçərək siyahıda Sinqapurdan sonra ikinci yeri tutub. Bu, indeksin dərc olunmağa başladığı 2014-cü ildən bəri Şanxayın siyahıda ən yüksək reytinqidir.
"Baltic Exchange Asia" şirkətinin rəhbəri Jin Yu Çeong bildirib ki, Şanxayın uğuru yük həcmlərindən kənara çıxır və əlavə edib: "Bu uğurun təməlində gəmiçilik şirkətlərini, maliyyə qurumlarını, sığorta şirkətlərini, hüquqi xidmətləri, gəmi brokerlərini, gəmiqayırma zavodlarını və texnologiya təminatçılarını bir araya gətirən müxtəlif və yüksək səriştəli dəniz ekosistemi dayanır".
Cin həmçinin qeyd edib ki, rəqəmsal innovasiyaya, yaşıl liman inkişafına və dəniz xidmətlərinə davamlı investisiyalar şəhərin qlobal rəqabət qabiliyyətini daha da artırır.
