Saxlanılan icra başçısı bu yüksək vəzifəli şəxsin yaxın qohumudurbackend

Saxlanılan icra başçısı bu yüksək vəzifəli şəxsin yaxın qohumudur

  Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Musa Şəkiliyev baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, həmçinin Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz Əhmədzadə ilə Əhməd Əhmədzadə qardaşdır.

Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki