backend

Şəmkirdəki mikroavtobus qəzasında xəsarət alanların son durumu açıqlandı

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.

Referans Media xəbər verir ki, rayonun Keçili kəndi ərazisində “Mercedes” markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Yeni Sabah”a bildirilib ki, dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki