Türkiyəli müğənni Sərdar Ortaçın səhhəti ilə bağlı verdiyi son açıqlaması pərəstişkarlarını sarsıdıb.
Referans Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan müğənni həyatla bağlı ümidsiz fikirlərini bölüşüb.
“Ya 10-15 il ömrüm qalıb, ya da heç. Övladım da yoxdur onsuz, pulum da. Mirasımı işçilərimə buraxıram. Bir evim var, onu bölüşdürsünlər. Qalan zamanım bəlli deyil”, – Ortaç sosial media hesabında yazıb.
İzləyiciləri sənətçiyə dəstək mesajları yazaraq onun tezliklə əvvəlki ruh halına qayıtmasını arzulayıblar.//publika.az