SON DƏQİQƏ! İran nüvə silahı ƏLDƏ EDƏCƏKMİ?backend

SON DƏQİQƏ! İran nüvə silahı ƏLDƏ EDƏCƏKMİ?

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılmasına dair qanun layihəsini təsdiqləyib. Əməkdaşlığın dayandırılmasından sonra İran nə kimi addımlar ata bilər?

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Referans-a açıqlamasında bildirib ki, İranın nüvə proqramı təkcə İsrailin diqqət mərkəzində deyil, həm də AEBA üzrə də diqqət mərkəzindədir. Uzun müddətdir ki, İran bu təşkilatlarla uranın zənginləşdirilməsi istiqamətində danışıqlar aparırdı. Məsələ ondadır ki, İran və İsrail arasında yaranan “isti müharibə” mərhələsinə məhz danışıqlar vasitəsilə nəticə əldə olunmaması səbəb oldu və İranın özünün təcrid etməsi nəticəsində baş tutdu. Əgər İran parlamenti yenidən belə qərar qəbul edirsə ümumiyyətlə belə danışıqlar dayandırılır.

Millət vəkili onu da bildirib ki, bu zaman təcrid siyasəti yenidən bu mövzuda “isti” mərhələ yarada bilər. Çünki İsrail və ABŞ, o cümlədən qərbin İranın nüvə silahı əldə etməsi məsələsində mövqeyi bəllidir. İstənilən halda danışıqların dayandırılması müharibə perspektivlərinin yaranması deməkdir. İran artıq bunu bir dəfə gördü və əgər ikinci dəfə yenidən radikal hərbi-siyasi proseslərin baş verəcəyini istəmirsə dialoq qapısı, diplomatiya qapısı həmişə açıq olmalıdır.

“İranın xarici işlər naziri özü deyirdi ki, atəşkəs olsa biz dialoq mərhələsinə hazırıq. Ona görə də mənə elə gəlir ki, İranın öz mövqelərini möhkəmləndirmək üçün bu bir növ yardımçı addımdır ki, sonradan İran danışıqlarda “Mən parlamentin bu qərarı olmasına baxmayaraq onu qüvvəyə minməsilə bağlı qərar qəbul etmirəm” – deyir. Daha sonra isə danışıqlara başlayır və beləliklə də masada özünə üstünlük qazanmaq niyyəti ilə belə bir addım atır”, – deyə millət vəkili  qeyd edib.

Məmmədov Hüseyn

Referans  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki