Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.
Referans.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.























