Sosial şəbəkələr dəbdən düşür – Paylaşımlar azalıbbackend

Sosial şəbəkələr dəbdən düşür – Paylaşımlar azalıb

Son araşdırmalara görə, sosial media istifadəçiləri artıq daha az paylaşım edir. Xüsusilə Z nəsli sosial mediadan uzaqlaşmağa başlayıb.

Referans xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qeyd olunur ki, bütün sosial media istifadəçilərinin üçdə biri bir il əvvələ nisbətən əhəmiyyətli dərəcədə az paylaşım edir. Bu hal xüsusilə Z nəsli arasında özünü göstərir.

Amerikalı yazar Kayl Çayka “New Yorker” üçün yazdığı məqalədə bu vəziyyəti təqdir edib: “Bu, adi insanların həyatlarını sosial mediada paylaşmağın mənasız olduğunu anladığı məqamdır. Məncə, sosial media getdikcə antisosiallaşır. Bunu sosial medianın tamamilə kommersiya məzmunu dərc etməsinin nəticəsi kimi görürəm. Kommersiyalaşma ətrafınızda baş verənləri sosial mediada görmək məqsədini məhv edir. Adi istifadəçilər paylaşımı dayandırdıqda sosial media reklam meydanına çevrilir. Həmçinin, süni intellekt məzmunu “Facebook” və “Instagram”da üstünlük təşkil etməyə başlayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki