Taksi sayına limitin qoyulması qiyməti artıracaq? – VİDEO

  Bakıda taksilərin sayına limit qoyulub.

 Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına

məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik

avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri

ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil

nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək. Referans.az  Xəzər TV-yə

istinadən bildirir ki, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, paytaxtda taksi fəaliyyəti göstərmək üçün

sürücülərə heç bir yeni tələb qoyulmur, yalnız avtomobillər üçün yeni kvota müəyyənləşir.

Bəs taksi sayına limitin qoyulması qiymətlərə necə təsir göstərə bilər?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki