“TALAY”ın yeni modeli IDEF 2025-də nümayiş etdiriləcəkbackend

“TALAY”ın yeni modeli IDEF 2025-də nümayiş etdiriləcək

  Türkiyə istehsalı olan və dünyada yerə ən yaxın məsafədən uça bilən çoxməqsədli “TALAY” adlı pilotsuz uçuş aparatının (PUA) istehsala hazır yeni modeli bu il 22-27 iyul tarixlərində İstanbulda keçiriləcək 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) ilk dəfə nümayiş etdiriləcək.

Referans xəbər verir ki, suya ən yaxın məsafədə uçma qabiliyyəti əsasında təkmilləşdirilmiş “TALAY” müdafiə, hücum və yayındırma proseslərində effektiv bir vasitə kimi fəaliyyət göstərəcək. Qatlanan qanadları olan bu PUA 30 kiloqrama qədər sensor və ya sursat daşıma qabiliyyətinə malikdir.

“TALAY”ın 2026-cı ilin oktyabr ayında kütləvi istehsalına başlanılması planlaşdırılır.

Qeyd edək ki, bu PUA-nın təkmilləşdirilməmiş ilk modeli ötən il “SAHA EXPO” sərgisində ictimaiyyətə təqdim olunub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki