Bir neçə gün öncə saxlanılan “Sputnik Azərbaycan“ın əməkdaşları sərbəst buraxılıb.
Referans xəbər verir ki, “Sputnik Azərbaycan“ın Azərbaycan vətəndaşı olan 5 əməkdaşı girov müqabilində azadlığa çıxıb.
Xatırladaq ki, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan“ın redaksiyasında xüsusi əməliyyat keçirərək bir neçə nəfəri saxlayıb. Daha sonra Bakının Xətai Məhkəməsi “Sputnik Azərbaycan”ın direktoru İqor Kartavıx və əməkdaşı Yevgeni Belousovu 4 ay müddətinə həbs edib. Onların FSB əməkdaşları olduğuna dair şübhələr var./Globalinfo.az