İran İslam Respublikasının Ali Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşündə ABŞ prezidenti Donald Trampın irəli sürdüyü, Ermənistanın cənubu üzərindən keçməklə Azərbaycanın iki hissəsini birləşdirəcək tranzit dəhlizi planına kəskin etiraz etdiklərini bildirib.
Referans Media xəbər verir ki Vilayətinin sözlərinə görə, Tehran bu təşəbbüsü İranın milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir və belə bir layihənin reallaşmasına qəti şəkildə qarşıdır.






















