Mövcud tikinti qanunvericiliyə əsasən hər hansı bir fərdi yaşayış evinin inşası üçün tələb olunan torpaq sahəsinin çıxarışı olmalı və torpağın təyinatı “yaşayış məntəqələri torpağı” kimi qeyd olunmalıdır. Lakin əksər hallarda, xüsusən də, Bakı ətrafı ərazilərdə satılan torpaqlar kənd təsərrüfatı və ya digər təyinatlı olur. Vətəndaşlar isə bəzən bu fərqi bilmədən belə torpaqları alırlar.
Referans xəbər verir ki, ucuz qiymətə satılan torpaq sahələrinin əksəriyyəti yaşayış üçün yararsızdır. Ancaq alıcılar bu məqama elə də çox diqqət yetirmirlər. Mütəxəssislər vətəndaşlara torpaq almazdan əvvəl təyinatını yoxlatdırmağı tövsiyə edir.
Daha ətraflı videoda: