Azərbaycanda psixi və davranış pozuntuları olan xəstələrin sayı açıqlanıb.
Referans xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə ölkədə 34 min 257 nəfərdə psixi və davranış pozuntuları qeydə alınıb. Onlardan 25 mindən çoxunu kişilər, 9 minə yaxınını isə qadınlar təşkil edir.
Həkim-psixiatr Zaur Qasımov kişilərin sayca üstün olmasının səbəbini ailələrin oğlan övladlarının üzərinə daha çox məsuliyyət yükləməsi ilə izah edir. Psixoloq eyni zamanda qeyd edir ki, əksər insanlar psixoloji problem yaşadıqda “başqa insanlar nə deyər?” düşüncəsi ilə psixoloqa və ya psixiatra deyil, nevropatoloqa müraciət edirlər, bu isə bəzən yanlış diaqnoza və müalicəyə səbəb olur. Nevroloji və psixi problemlərin oxşarlıqları olsa da, onları bir-birindən ayıran mühüm fərqlər var.
Daha ətraflı süjetdə: