“Günaydın, Azərbaycan” verilişində emosional anlar yaşanıb.
Referans xəbər verir ki, verilişin aparıcısı Xoşqədəm Hidayətqızı canlı yayım zamanı aşıq Zülfiyyəyə sürpriz edib.
Aparıcı aşıq Zülfiyyənin mərhum anasının baş örpəyini ona təqdim edib.
Sənətçi duyğularına hakim ola bilməyib və efirdə göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Bu jest studiyadakı digər qonaqları da təsirləndirib.(Yenisabah.az)