AFFA bu baxımdan dünyada yeganə assosiasiya oldu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FIFA rəhbərliyində islahatların aparılması və rəhbərliyin dəyişdirilməsi çağırışını dəstəkləməkdən imtina edən yeganə UEFA üzvü olub.

Referans Media xəbər verir ki, bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Oktyabrın 8-də Berlində UEFA-ya üzv olan 55 milli assosiasiya nümayəndələrinin görüşü keçirilib. İclasda, xüsusən də FIFA-nın yenidən qurulması və islahat istiqamətləri müəyyənləşdirilib.

“UEFA və təşkilatın AFFA istisna olmaqla bütün milli assosiasiyaları FIFA-da islahatların aydın istiqamətini razılaşdırıblar. Milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadı itirdiklərini təsdiqləyiblər. Onların fikrincə, institusional islahatlar kifayət deyil: FIFA-ya eyni zamanda yeni rəhbərlik – idarəetmə təcrübəsinə, futbol köklərinə, bütün regionlarda inam qazanmaq bacarığına və müstəqilliyə malik hörmətli, birləşdirici səxs lazımdır”, – deyə UEFA-nın bəyanatında bildirilir.

Qeyd edək ki, 2016-cı ildən FIFA prezidenti vəzifəsini Canni İnfantino tutur. FIFA rəhbərliyinə növbəti seçki 2027-ci ilin mart ayında keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki