Şəmkir rayonunda 43 yaşlı kişinin meyiti tapılıb.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib.
1983-cü il təvəllüdlü İlqar Məmmədovun meyiti tapılıb. İlkin məlumata görə, mərhumun meyiti vəhşi heyvan tərəfindən parçalanıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb
