ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz şəxs və 22 şirkət əlavə edib.
Referans Media xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Sanksiya siyahısına daxil edilən bütün şəxslər İran vətəndaşlarıdır. Hədəfdə olan şirkətlər İran, BƏƏ, Türkiyə və Honkonqda qeydiyyatdan keçib. Sanksiya siyahısına daxil edilmək ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu şəxslərlə iş görməsinin qadağan edilməsini nəzərdə tutur./teleqraf
