“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir”.
Referans xəbər verir ko, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Musatafazadə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Mustafazadə səfərdən sərfəli nəticə ilə dönmək istədiklərini bildirib: “Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.
