Çempionlar Liqası: “Qarabağ” bu gün növbəti oyununa çıxacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Referans Media  xəbər verir ki, təmsilçimiz səfərdə İtaliyanın “Napoli” klubu ilə üz-üzə gələcək.

“Dieqo Armando Maradona” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecəyarısında start götürəcək.

Qeyd edək ki, dörd turdan sonra “Qarabağ” yeddi xalla 15-ci, “Napoli” isə dörd xalla 24-cü yerdədir.

Xatırladaq ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da doğma meydanda “Ayaks” klubuna qarşı keçirəcək.

26 noyabr

UEFA Çempionlar Liqası

V tur

Saat 00:00, “Napoli” – “Qarabağ”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki