“Hall Siti” rəhbərliyindən mühüm qərar: Acun Ilıcalı Okan Özkana vəzifə verdi

İngiltərə Premyer Liqasının yeni təmsilçilərindən olan, Acun Ilıcalıya məxsus “Hall Siti” klubu idman direktoru postuna türkiyəli futbol funksioneri Okan Özkanı təyin edib.

Referans Media xəbər verir ki, uzun illər "Fənərbaxça"da müxtəlif vəzifələrdə çalışan Okan Özkan son olaraq klubun futbol koordinatoru kimi fəaliyyət göstərib. O, ötən mövsüm isə Polşanın "Poqon Şetsin" klubunda futbol və skaut departamentinin direktoru vəzifəsini icra edib.

Premyer Liqada möhkəmlənməyi hədəfləyən “Hall Siti” rəhbərliyi idarəetmə heyətini gücləndirmək məqsədilə Okan Özkana idman direktoru vəzifəsini təklif edib. Tərəflər arasında razılıq əldə olunduqdan sonra təcrübəli futbol funksioneri rəsmi olaraq İngiltərə klubunun yeni idman direktoru təyin edilib.

“Hall Siti” rəhbərliyi bu addımın klubun uzunmüddətli idman strategiyasının həyata keçirilməsində mühüm rol oynayacağına ümid edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki