III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilir.Referans xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil edilir.
Tədbirdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar, məşqçilər və tamaşaçılar iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan oyunları 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla, ümumilikdə 184 medalla başa vurub.
