Talişka "Əl-Cəzirə" klubuna transfer olundu

Türkiyənin "Fənərbağça" klubundan ayrılan Anderson Talişka Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasına transfer olunub.

Referans Media xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, 2025-ci ildən "Fənərbağça"da çıxış etmiş Talişka, İstanbul kollektivinin heyətində 77 oyunda 44 qol vurub, 7 assist edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki