backend

AFFA daha bir kluba texniki məğlubiyyət verib

I Liqada çıxış edən “Zaqatala” klubuna texniki məğlubiyyət verilib.

Referans Media  xəbər verir ki, buna səbəb onların MOİK-lə matçda legioner limitini pozmasıdır.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

“Zaqalata” eyni zamanda 1200 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki