Aykut Kocaman gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verdi

Aykut Kocaman gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Hazırda heç bir klubda işləməməsinin səbəblərini izah edən təcrübəli mütəxəssis bundan sonra yalnız iki komandada çalışa biləcəyini bildirib.

Referans Media xəbər verir ki, keçmişdə Fənərbaxçanın baş məşqçisi olmuş Kocaman bildirib ki, gələcəkdə yenidən yalnız həmin klubda və ya Türkiyə milli futbol komandasıda çalışa bilər.

Təcrübəli mütəxəssis açıqlamasında məşqçilik karyerasına fasilə verməsinin səbəblərinə də toxunub. O qeyd edib ki, pandemiya dövründə futbol idarəçiliyində qəbul edilən sürətli qərarlar və maliyyə problemləri onun bu sahədən bir qədər uzaqlaşmasına səbəb olub.

Kocamanın sözlərinə görə, həmin dövrdə bəzi klublarda əməkdaşların və futbolçuların maaşlarının vaxtında ödənilməməsi ciddi problemlər yaradıb.

“Futbolçulardan nəsə tələb edərkən klubun da öz öhdəliklərini yerinə yetirməsi vacibdir. Bu vəziyyət mənim məşqçiliklə aramın bir qədər açılmasına səbəb oldu”, – deyə o bildirib.

Təcrübəli çalışdırıcı son olaraq qeyd edib ki, karyerasının növbəti mərhələsində yalnız iki seçim var: “Özümə söz vermişəm: ya Fənərbaxça, ya da Milli komanda. Qərarım dəyişməyib.”

Xatırladaq ki, Aykut Kocaman son olaraq İstanbul Başakşehir F.K. klubunda çalışıb və həmin dövrdə futbolçularla münasibətlərdə müəyyən problemlərin yarandığını da etiraf edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki