Aziz Yıldırım qərar verdi: "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu

"Fənərbaxça"da yenidən prezident seçilən Aziz Yıldırım komandanın baş məşqçi məsələsində qərarını verib.

Referans Media xəbər verir ki, Yıldırım sarı-lacivərdli klubu Aykut Kocamana etibar etməyə hazırlaşır. Tərəflər arasında razılığın əldə olunduğu iddia edilir, lakin hələlik rəsmi açıqlama verilməyib.

Aykut Kocaman əvvəllər "Fənərbaxça"da həm futbolçu, həm də baş məşqçi kimi fəaliyyət göstərib. Onun mümkün qayıdışı klub daxilində və azarkeşlər arasında fərqli reaksiyalar doğurub. Bir qrup azarkeş bu seçimi təcrübəyə əsaslanan düzgün qərar kimi dəyərləndirsə də, digər tərəf yeni məşqçi variantlarının nəzərdən keçirilməsini istəyir.

Bildirilir ki, Aziz Yıldırım yeni dövrdə komandanın qurulmasını məhz Aykut Kocamanın rəhbərliyi ilə planlaşdırır.

Hazırda klubdan və ya Aykut Kocaman tərəfindən rəsmi açıqlama verilməyib. Prosesin yaxın günlərdə dəqiqləşməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki