"Qalatasaray" azarkeşlərini həyəcanlandıran xəbər: Leao ilə bağlı razılıq əldə edildi

İtaliya A Seriyasında çıxış edən “Milan”ın portuqaliyalı ulduzu Rafael Leao uğrunda “Qalatasaray” və “Fənərbaxça” arasında gərgin transfer yarışı davam edir. Gecə saatlarında yayılan son məlumat isə Qalatasaray azarkeşlərini həyəcanlandırıb.

Referans Media xəbər verir ki, “Qalatasaray” Rafael Leao ilə prinsipial razılığa gəlib və transfer yarışında “Fənərbaxça”ya nisbətən bir addım öndədir.

İtaliyalı jurnalist Daniele Longonun gecə saatlarında paylaşdığı xəbərə əsasən, “Qalatasaray” portuqaliyalı futbolçu ilə prinsipial razılıq əldə edib. Sarı-qırmızılıların transfer yarışında “Fənərbaxça”dan az da olsa üstün mövqedə olduğu bildirilir.

Bununla belə, “Fənərbaxça”nın da Rafael Leao transferindən əl çəkmədiyi qeyd olunur. Portuqaliyalı ulduzun İstanbul klubuna keçidə “yox” demədiyi bildirilir.

“Fənərbaxça” rəhbərliyinin isə “Milan”la danışıqlar aparmaq üçün İtaliyaya getməsi transfer istiqamətində atılan ən konkret addım kimi qiymətləndirilir.

Məlumata görə, “Qalatasaray”ın transferi yekunlaşdırması üçün yalnız bir məsələni həll etməsi qalır. “Milan” İstanbul klubunun Leao üçün təklif etdiyi 50 milyon avroluq məcburi satınalma şərtli icarə formuluna isti yanaşmır.

İtaliya klubunun bu təklifə razılıq verməsi üçün “Qalatasaray”ın məcburi satınalma şərtini birbaşa transfer haqqının ödənilməsinə çevirməsi tələb olunur. Bu dəyişiklik baş verəcəyi təqdirdə, Rafael Leao transferinin tamamlanmasının mümkün olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki