Hakan Safi rəsmən açıqladı: "Fənərbaxça" prezidentliyinə namizədliyini irəli sürdü

"Fənərbaxça" klubunda keçiriləcək növbədənkənar seçkili ümumi yığıncaq öncəsi prezidentlik yarışı daha da qızışıb. Klubun keçmiş rəhbərlərindən Hakan Safi rəsmi olaraq prezidentliyə namizəd olduğunu açıqlayıb.

Referans Media xəbər verir ki, Safi verdiyi rəsmi açıqlamada "Fənərbaxça"ya xidmət etmək üçün məsuliyyət götürdüyünü bildirib. O, “Seçimli növbədənkənar konqresimizdə "Fənərbaxça" klubunun prezidentliyinə şərtsiz və qeyd-şərtsiz şəkildə namizəd olduğumu rəsmi olaraq paylaşmaqdan qürur duyuram” sözlərindən istifadə edib.

Hakan Safi çıxışında "Fənərbaxça"nın yalnız bir idman klubu deyil, milyonların qəlbində yaşayan böyük bir dəyər olduğunu vurğulayıb və komandanı daha güclü sabahlara aparmağı hədəflədiyini qeyd edib. O, əsas məqsədinin komandanı uğurlu nəticələrlə və çempionluqlarla sevindirmək olduğunu bildirib.

Beləliklə, "Fənərbaxça"da 6–7 iyun tarixlərində keçiriləcək növbədənkənar seçkilərdə prezidentlik uğrunda mübarizə aparan namizədlərin sayı ikiyə yüksəlib. Hazırda yarışda Hakan Safi və Barış Göktürk yer alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki