image-messi77backend

“Lionel Messi” İspaniya klubunu aldı

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniya Kral Futbol Federasiyasının üçüncü divizionunda çıxış edən “Kornelya” klubunu satın alıb.

 

Referans Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, argentinalı futbolçu klubun səhmlərinin 100 faizinə sahib olub. Qeyd edək ki, daha əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldonun İspaniyanın ikinci divizion təmsilçisi “Almeriya” klubunun 25 faiz səhmini əldə etdiyi barədə məlumat yayılmışdı.

38 yaşlı Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, Avropada “Barselona” və PSJ klublarında çıxış edərək dörd dəfə UEFA Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FIFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə mundialın gümüş medalını qazanıb. Messi həmçinin 2008-ci ildə Olimpiya çempionu olub və iki dəfə Amerika Kubokunun qalibi adını qazanıb (2021, 2024).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki