Millimiz Fransanı da məğlub etdi

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Referans Media xəbər verir ki, bu gün Azərbaycan millisi Fransa ilə üz-üzə gəlib.

Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Əlizadə ilə Ramiz Çovdarov fərqləib. Digər qolu isə rəqib öz qapısına vurub.

Xallarını 9-da yüksəldən millimiz 1/8 finala yüksəlib. Azərbaycan seçməsi bu raundda Qazaxıstanla qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki