“Neftçi” “Araz-Naxçıvan”la oyunda xal itirdi – VİDEO

  Premyer Liqa: VIII tura Neftçi – Araz-Naxçıvan oyunu ilə yekun vurulub.

Misli Premyer Liqasında VIII tura yekun vurulub.

Referans.az    xəbər verir ki, turun bağlanış matçında “Neftçi” və “Araz-Naxçıvan” kollektivləri qarşılaşıblar.

“Palms Sports Arena”da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər.

Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub. 

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Kəpəz” “Şamaxı”nı, “Sumqayıt” “Karvan-Yevlax”ı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1), “Sabah” isə “Zirə”ni (3:0) məğlub edib.

“İmişli” – “Qəbələ” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki