Xalq artisti Röya Ayxan Gürcüstanın paytaxtı Tbilisi şəhərində ilk solo konserti ilə səhnəni fəth edib.
Referans Media xəbər verir ki, pop kraliçası gecə boyunca illərin hitlərini canlı ifa edərək tamaşaçılara unudulmaz anlar yaşadıb.
Möhtəşəm səhnə performansı, enerjisi və xüsusi obrazı ilə gecənin ən çox danışılan adı olub.
Röyanın parlaq səhnə görünüşünün makiyajı Babək Qədirov, saç düzümü isə Roman Məmmədov tərəfindən hazırlanıb. Xarici brendlərə məxsus zərif libası isə sosial şəbəkələrdə böyük maraq yaradıb.
Konsertdə sənətçini peşəkar musiqiçilər müşayiət edib. Gecənin sürpriz anlarından biri isə Röya Ayxanın qardaşı İsmail Zadə ilə birlikdə səsləndirdiyi “Nankor” dueti olub.
Anşlaqla keçən konsertdən görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb və böyük maraqla qarşılanıb.
