"Sumqayıt FK" baş məşqçi Saşa İliç ilə yollarını ayırıb.
Referans Media xəbər verir ki, klubdan verilən məlumata görə, serbiyalı mütəxəssisin komandayla olan müqavilə müddəti başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməmək qərarı veriblər.
"Sumqayıt" Futbol Klubu bununla bağlı rəsmi paylaşım edərək məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Klub açıqlamasında Saşa İliçə gələcək məşqçilik karyerasında uğurlar arzulanıb./Milli.Az
