Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.

Bu iddialar nə dərəcədə doğrudur? Onlar hansı səbəblərlə əlaqədar ola bilər? Aidiyyəti dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac varmı?

Referans Media bildirir ki, globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu Publik Hüquqi Şəxsinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Xəzər dənizində və Xəzər dənizi sahilində, xüsusilə çimərliklərə bitişik bəzi ərazilərdə ilanlara rast gəlinməsi mümkündür:

 
“Burada əsasən iki fərqli vəziyyəti bir-birindən ayırmaq lazımdır. Birincisi, Xəzərin qayalıq sahillərində və suya yaxın ərazilərdə yaşayan su ilanlarıdır. Onlar həmin qayalıqlarda məskunlaşır və əsasən balıqlar, balıq körpələri ilə qidalanırlar. Adətən yaşadıqları qayalıq ərazilərdən uzaqlaşmırlar. Lakin çimərlik mövsümündə insanların çoxalması, səs-küy və digər narahatedici amillər onların sığındıqları yerlərdən çıxmasına səbəb ola bilər. Belə hallarda su ilanlarının dənizdə, hətta insanların olduğu ərazilərə yaxın sularda görünməsi mümkündür. Su ilanları zəhərsizdir və insanlar üçün ciddi təhlükə yaratmırlar”.

 

ARETN Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ-nin əməkdaşları biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov və Elşad Əsgərovun Atv Xəbər-ə müsahibəsi | Canlı Sistemlərin Tədqiqi İnstitutu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki