Acun Ilıcalı futbol tarixinə düşdü – böyük uğur əldə etdi

Acun Ilıcalı futbol tarixində mühüm bir uğura imza atıb. Onun sahibi olduğu "Hall Siti" Çempionşip pley-off finalında "Midlsbro" üzərində 90+5-ci dəqiqədə vurulan qolla 1:0 hesablı qələbə qazanaraq Premyer Liqaya yüksəlib.

Referans Media xəbər verir ki, "Uembli" stadionunda keçirilən qarşılaşma gərgin və dramatik anlarla yadda qalıb. Normal vaxtda qapılara qol vurulmasa da, oyunun son saniyələrində Oli MakBurninin dəqiq zərbəsi "Hall Siti"yə tarixi qələbəni gətirib.

Bu nəticə ilə "Hall Siti" 9 ildən sonra yenidən İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Klubun yüksəlişi həm idman, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır.

Məlumata görə, Premyer Liqaya çıxış "Hall Siti"yə təxminən 300 milyon avro gəlir qazandıra bilər.

Matçdan sonra açıqlama verən Acun Ilıcalı böyük sevinc yaşadığını bildirib və bu uğurun klub və azarkeşlər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin üzərinə düşən məsuliyyətin ağırlığından danışaraq emosional anlar yaşadığını vurğulayıb.

Bu uğurla Acun Ilıcalı Premyer Liqada klub sahibi olan ilk türk kimi futbol tarixinə düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki