Acun Ilıcalı transfer bombasını partlatdı: ilk hədəf məlum oldu

Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubu Premyer Liqaya yüksəlməsindən sonra böyük maliyyə gəliri əldə edib. Yayım hüquqları, sponsorluq gəlirləri və liqaya yüksəliş bonusları ilə birlikdə klubun ümumi qazancının təxminən 300 milyon avroya çatdığı bildirilir.

Referans Media xəbər verir ki, bu uğurun ardından İngiltərə klubunda transfer planlaması sürətlənib. Yeni mövsümdə Premyer Liqada qalıcı olmaq və yüksək yerlər uğrunda mübarizə aparmaq istəyən “Hall Siti” rəhbərliyi güclü heyət qurmağa hazırlaşır.

Məlumata görə, klubun ilk transfer hədəfi keçmiş futbolçusu Jarrod Bowen olub. 2014–2020-ci illərdə “Hall Siti”də çıxış edən və daha sonra “Vest Hem Yunayted”ə transfer olunan İngiltərəli futbolçu yenidən gündəmə gəlib.

“Vest Hem Yunayted”ın Premyer Liqadan düşməsi halında Bowenin klubdan ayrılma ehtimalının artdığı qeyd olunur. Bu vəziyyətdən istifadə etmək istəyən “Hall Siti” rəhbərliyi futbolçunu yenidən komandaya qaytarmaq üçün hərəkətə keçib.

Acun Ilıcalının bu transfer üçün böyük büdcə ayırdığı və prosesə şəxsən nəzarət etdiyi iddia olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki