Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi “Kayzerslautern”a transferi rəsmən açıqlanıb.
Referans “Report”-a istinadən xəbər verir ki, bu barədə II Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”in heyətində keçirib.