Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının FİNALINDA

  Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Referans.az  xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qvineyalı rəqibi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib.

O, həlledici görüşdə türkiyəli Eda Eltamurla qarşılaşacaq. 

Azərbaycanın digər karateçisi Nuran Rzazadə (67 kiloqram) isə 1/16 finalda Özbəkistan idmançısı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki